🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Heç kimdən küsməmişəm - Qurban Qurbanov

11.04.2025 23:25 5 baxış sayı 2 dəq. oxuma
Heç kimdən küsməmişəm - Qurban Qurbanov

"Səbail" - "Qarabağ" oyunundan (1:4) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub.

Metbuat.az xəbər verir ki, Qurbanov oyunla bağlı fikirlərini bölüşüb, qarşıdakı "Neftçi" matçı və komandanın ümumi vəziyyəti barədə sualları cavablandırıb.

"Neftçi" ilə oyundan qabaq gərgin təqvim barədə danışan baş məşqçi son zamanlar komandanın hazırlıq proqramından narazı qaldığını bildirib: "Bu 8 günlük fasilə bizim üçün çox dəyərli olacaq. Futbolçular istirahət edəcək, eyni zamanda çatışmazlıqları aradan qaldıracağıq. Qarşıdakı matçlar üçün bu dövr çox faydalı olacaq. Çalışacağıq ki, bu müddətdən maksimum dərəcədə yararlanaq. İndiyə qədər məşq ritmimizi bərpa edə bilməmişdik.

"Qarabağ"ın baş məşqçisi 4-cü dəfədir AFFA İcraiyyə Komitəsinin iclasında iştirak etməməsi barədə məsələyə toxunub:

"Heç vaxt icazəsiz iştirak etmədiyim olmayıb. Hər dəfə bir gün əvvəl məlumat vermişəm. İclaslar çox zaman oyun və ya məşq gününə təsadüf edir. Məsələn, bu gün komandanın məşqi var idi. Dünən də bu barədə AFFA-ya məlumat vermişdim. Komandanın durumu yaxşı olsa da, işimizə ciddi yanaşırıq. Oyun günü komandanın yanında olmaq istəyirəm. Əvvəllər də demişdim - işimiz asan deyil. Çox istərdim ki, hər iclasda iştirak edim, amma üzrlü səbəblərdən bəzilərində iştirak edə bilməmişəm. Qarşılıqlı anlayışla yanaşıldığına inanıram".

Q.Qurbanov "Səbail"lə qarşılaşmada oyunboyu hərəkət etməməsinin səbəbini izah edib: "Sadəcə öz yerimdə idim. Elə oyunlar olur ki, daha çox müdaxilə edirsən, bəzən isə sakit qalmaq daha doğrudur. Heç kimdən küsməmişəm - nə özümdən, nə də futboldan. Oyunun gedişatına uyğun davranmaq bizim işimizin bir hissəsidir".

Paylaş: