
Hava limanında taksi xidməti ilə bağlı monitorinq aparılıb

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Bildiriliib ki, monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur.
Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir", - məlumatda deyilir.
Qeyd olunur ki, Ombudsman tərəfindən vətəndaşların konstitusion hüquqlarının təmini, tariflərin şəffaf və ədalətli mexanizm əsasında formalaşdırılması, bütün lisenziyalı taksi xidmətləri üçün bərabər imkanların yaradılması, rəqabət mühitinin qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlanacaq.
Oxşar xəbərlər

Həftə sonları taksi də işləməyəcək
Son Xeberler

Bakı aeroportunda yenilik
Bugun.az

Bağdad Hava Limanına Raket Hücumu
Son Xeberler

İranda hava limanında partlayış baş verdi
Bugun.az

Bakıda istifadəyə yararlı çimərliklər açıqlandı -
Son Xeberler

Taksi sürücülərinin orta gəliri məlum oldu
Xəbər Anı