🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Hakan Fidandan Trampın Qəzza ilə bağlı bəyanatına reaksiya

05.02.2025 11:25 7 baxış sayı 2 dəq. oxuma
Hakan Fidandan Trampın Qəzza ilə bağlı bəyanatına reaksiya

ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı açıqlaması dünyada təəccüblə qarşılanıb.

Metbuat.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan belə açıqlama verib. O bildirib ki, Trampın Qəzza ilə bağlı planı qəbuledilməzdir. Hakan Fidanın sözlərinə görə, sakinlərin Qəzzadan köçürülməsi məsələsi nə bölgənin, nə də Türkiyənin qəbul edə biləcəyi məsələdir. “Bunu düşünmək belə absurddur” deyən hakan Fidanın sözlərinə görə, bu məsələni müzakirəyə çıxarmaq belə düzgün deyil. Diplomat bildirib ki, bölgədəki problem paytaxtı Şərqi Qüds olan, tam suverenliyə malik Fələstin dövlətinin yaradılması ilə həll oluna bilər.

Diplomat Suriya prezidenti səlahiyyətini icra edən Əhməd Şaraanın Türkiyəyə səfəri barədə də danışıb. Şaraanın prezident seçildikdən sonra ikinci səfərinin Türkiyəyə, ilk səfərinin isə Səudiyyə Ərəbistanına olduğunu xatırladan Hakan Fidan, Şaraanın səfərinin əhəmiyyətli olduğunu ifadə edib.

Paylaş: