
Hacıbəyli Mehdiyevə sevgisini belə etiraf etmişdi - VİDEO

Sosial şəbəkələrdə sabiq millət vəkili Gültəkin Hacıbəyli ilə bağlı diqqətçəkən video yayılıb. O, hazırda radikal müxalifət olan Milli Şuranın aparıcı simalarından sayılır. Paylaşılan görüntülərdə Gültəkin Hacıbəyli deputat olduğu dövrdə Ramiz Mehdiyev haqqında ürəkdən gələn səmimi və tərif dolu fikirlər səsləndirir. Bu kadrlar Gültəkin Hacıbəylinin o zamanlar Ramiz Mehdiyevə bəslədiyi böyük rəğbəti açıq şəkildə göstərir.
Videoda keçmiş deputat bütün varlığı ilə Ramiz Mehdiyevi yüksək qiymətləndirdiyini bildirir. O, Mehdiyevi “sərraf adam” və “dövlətə bağlı şəxs” kimi təqdim edirdi. Hacıbəyli qeyd edirdi ki, Ramiz Mehdiyevin daxilində çox həssas bir ürək var. Hətta o, irəli gedərək belə bir fikir söyləyib: “Kim Ramiz Mehdiyevi tənqid edirsə, ya vətən xainidir, ya da xaini olacaq.” Hacıbəyli çıxışında əlavə edib ki, əgər Ramiz Mehdiyevin nüfuzu və qorxusu olmasaydı, bir çoxları daha pis və xain addımlar atardı.
Maraqlıdır ki, hazırda ölkədən kənarda olduğu bildirilən Gültəkin Hacıbəyli son günlər tamamilə əks mövqe nümayiş etdirir. O iddia edir ki, Ramiz Mehdiyevlə heç bir bağlılığı yoxdur. Əksinə, Mehdiyevin ona qarşı daima düşmənçilik etdiyini söyləyir və bu şəxslə “mübarizə apardığını” bəyan edir. Lakin yayılan köhnə kadrlarda fərqli mənzərə görünür. Hacıbəylinin danışıq tonu, mimikaları və hissləri onun o zamanlar Ramiz Mehdiyevə qarşı hansı səviyyədə sevgi və heyranlıq bəslədiyini açıq şəkildə nümayiş etdirir, hazırkı iddiaları ilə ziddiyyət təşkil edir.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu ərazilərdə qaz kəsiləcək
Xəbər Anı

Müğənni Türkan bu həmkarını sevirmiş -
Şou Xəbər

Əsgər atası üçün darıxan uşaq GÖRÜN NƏ ETDİ-
Son Xeberler
Yaponiyanın sabiq Baş nazirinin qatili günahını et...
Azəri Xəbər

Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasından çıxa...
Bugun.az

Holand karyerasını gələcəkdə A Seriyasında davam e...
Azəri Xəbər


