Gənc qızı döyən ana və qızı həbs edildi
Şirvan şəhərində ictimai yerdə dava-dalaş salmış qadınlar həbs edilib.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Şirvan Şəhər Məhkəməsinin hökmü ilə şəhər sakini 1962-ci il təvəllüdlü Solmaz Məmmədova və qızı 1986-cı il təvəllüdlü Zərifə Məmmədova (şərti ad-soyadlar) xuliqanlıq əməlində təqsirli bilinib.
S.Məmmədovaya 2 il, qızına isə 2 il 6 ay həbs cəzası verilib. Onlar noyabrın 18-də məhkəmə zalında həbs ediliblər.
Bildirilib ki, Z.Məmmədova bir müddət əvvəl 15 yaşlı qızı Şəbnəmin (şərti) Cavid adlı şəxslə intim münasibətdə olmasını öyrənib. Onlar məsələ ilə bağlı polisə müraciət ediblər və araşdırmalara başlanılıb, həmçinin Cavid adlı şəxs tutulub.
Zərifə və anası yeniyetmə qızı evdə sorğu-sual edərkən Şəbnəm Ləman və Fəridə adlı qızların onu əxlaqsızlığa cəlb etdiklərini deyib. Bundan sonra tərəflər arasındakı münasibətlər kəskinləşib. Zərifə anası ilə birgə qızının rəfiqələrinə Şəbnəmlə əlaqə saxlamalarını qadağan edib.
Hadisə baş verən gün isə Z.Məmmədova və anası Solmaz Ləmanın polis şöbəsindən çıxdığını görüblər. Onlar əsəbi halda Ləmana hücum edərək döyüblər, saçını yolublar.
Bundan sonra ana və qızı barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
Etiketlər
Oxşar xəbərlər
Xalq artistinin qızı plastik əməliyyatdan sonra -
Şou Xəbər
Gəncədə yaralanan şəxslərin siyahısı açıqlandı
Son Xeberler
Tanınmış baş həkimin qızı Türkiyədə vəfat etdi
Son Xeberler
Azərbaycanda ailənin tək qızı olan tələbə bu səbəb...
Son Xeberler
Səhiyyə işçiləri təltif edildi - SİYAHI
Son Xeberler
Bu da Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin -...
Son Xeberler