
Fevralın pensiyası artımla bu tarixdə veriləcək

Dövlət Sosial Müdafiə Fondu sabah fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sabah Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək.
Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.
Fevral ayının pensiyaları artımlarla birgə ödəniləcək. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.
Qeyd edək ki, 1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyaların ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılması və fevralın 1-dən minimum pensiyanın artırılaraq 280 manatdan 320 manata çatdırılması təmin edilib.
Oxşar xəbərlər

Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə ver...
Son Xeberler

Almaniyada məhdudiyyətlər 14 fevraladək uzadıldı
Son Xeberler

Bakı avtovağzalı bu tarixdən fəaliyyətini bərpa ed...
Son Xeberler

Pensiyalar neçə faiz artırılacaq? - AÇIQLAMA
Bugun.az

Noyabrın pensiyaları bu tarixdə veriləcək
Xəbər Anı

Vətəndaşların NƏZƏRİNƏ :
Son Xeberler