
“Fənərbaxça” istədi, Simeone cavab verdi

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone, adı Türkiyənin "Fənərbaxça" klubu ilə hallanan hücumçu Aleksandr Sörlotun gələcəyi barədə danışıb.
Mətbuatda yayılan transfer iddialarına cavab verən Simeone, Sörlotun komanda üçün çox vacib oyunçu olduğunu vurğuladı. O bildirib ki, futbolçu klubda xoşbəxtdir və başqa heç bir oyunçunun onlara verə bilməyəcəyi keyfiyyətlərə malikdir. "Sörlot bizim üçün çox vacib oyunçudur. Başqa heç bir oyunçunun bizə verə bilməyəcəyi keyfiyyətlərə malikdir. Onu bu formada saxlamalıyıq və düşünürəm ki, o, burada xoşbəxtdir," deyə baş məşqçi qeyd edib. Bu açıqlama norveçli hücumçunun Madrid klubunda qalacağı mesajını verdi.
Sörlotun klub üçün əhəmiyyəti onun son çıxışlarında da özünü göstərdi. La Liqanın 14-cü turunda “Atletiko Madrid” “Real Oviedo”nu 2-0 hesabı ilə məğlub etmişdi. Həmin görüşdə komandanın vurduğu hər iki qolun müəllifi məhz Aleksandr Sörlot oldu. Onun bu cür təsirli oyun sərgiləməsi, Dieqo Simeonenin onu heyətdə saxlamaq istəyinin əsas səbəblərindən biridir. Beləliklə, "Fənərbaxça"nın transfer cəhdləri qarşısında Madriddən rəsmi mövqe səsləndirilmiş oldu.
Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Simeone La Liqada Tarix Yazdı
Bugun.az

Ulduz futbolçu "Fənərbaxça"nın təklifinə cavab ver...
Bugun.az

Ulduz futbolçu “Fənərbaxça”ya gəlmək üçün sərvət i...
Bugun.az

Mourinyo "Fənərbaxça"dakı karyerası ilə bağlı qər...
Bugun.az

"Fənərbaxça" doğma meydanda autsayderi məğlub etdi
Azəri Xəbər

"Fənərbaxça" "Rizəspor"u hesabla məğlub etdi
Bugun.az


