Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Faciəvi şəkildə ölən Səfiyənin FOTOSU

12.07.2025 20:25 24 baxış sayı 1 dəq. oxuma Metbuat
Faciəvi şəkildə ölən Səfiyənin FOTOSU

Zaqatalanın Yuxarı Tala kəndi ərazisində faciəli hadisə baş verib. Ailəsi ilə istirahətə gedən 2 yaşlı Səfiyə İsmayılova çaya düşərək boğulub.

Metbuat.az oxu.az-a istinadən Səfiyə İsmayılovanın fotosunu təqdim edir:

***

Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.

Hadisə günorta saatlarında Tala çayının Yuxarı Tala kəndi ərazisindən axan hissəsində baş verib. Rayonda yaşayan Əfəndi İsmayılov ailəsi ilə birlikdə çay kənarında istirahət edərkən azyaşlı qızı - 2023-cü il təvəllüdlü Səfiyyə İsmayılova valideynlərinin nəzarətindən yayınaraq suya düşüb.

Azyaşlı qız axtarışdan sonra sudan çıxarılıb və hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadasına təhvil verilib. Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimlər onun həyat əlamətlərinin olmadığını müəyyən ediblər.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: