Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Faciəvi şəkildə ölən Elgünün imtahan nəticəsi açıqlandı

16.05.2025 21:25 77 baxış sayı 1 dəq. oxuma Metbuat
Faciəvi şəkildə ölən Elgünün imtahan nəticəsi açıqlandı

Gəncədə döyülərək öldürülən Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi bu gün açıqlanıb.

Metbuat.az xəbər verir ki, mərhum 11-ci sinif şagirdi Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarıb.

Bu barədə bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən SMS-bildiriş göndərilib:

"İbrahimov Elgün Zaur: 04.05.2025 tarixində Azərbaycan dili (dövlət dili) fənnindən keçirilmiş imtahanda 100 baldan 85.0 bal toplamısınız".

Eyni zamanda, Elgün martın 9-da keçirilən DİM-in 11-ci siniflər üçün buraxılış imtahanında 204 bal (300 baldan) toplayıb.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: