
Ərinin öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO

Bir neçə gün əvvəl əri tərəfindən balta ilə qətlə yetirilən 60 yaşlı Nərminə Bədəlovanın keçmişdə mühüm vəzifə tutan şəxs olduğu ortaya çıxıb. Bu dəhşətli hadisə paytaxtın Binəqədi qəsəbəsində baş verib. Məlumatlara görə, noyabrın 10-da 1956-cı il təvəllüdlü Yaşar Bədəlov yaşadığı mənzildə ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci il təvəllüdlü Nərminə Bədəlovanı balta ilə öldürüb.
Bu cinayətdən dərhal sonra Yaşar Bədəlov öz həyatına da son qoyub. Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılıb və hazırda araşdırma işləri aparılır. Məlumdur ki, Nərminə Bədəlova rəsmi şəkildə Yaşar Bədəlovdan boşanmışdı, lakin cütlük yenə də bir evdə yaşamağa davam edirdi.
Mərhum N. Bədəlova əvvəllər dövlət sektorunda və ictimai birliklərdə çalışmışdı. O, bir müddət **Şuşa Şəhər İcra Hakimiyyətinin** baş mühasibi vəzifəsində işləyib. Bundan başqa, Nərminə Bədəlova daha sonra “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” və **“Qarabağa dönüş” İctimai birlikləri**nin baş mühasibi olaraq fəaliyyət göstərib.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ər aldadığı üçün özünü yandırmaq istəyən qadın
Son Xeberler

Vəfat edən qadın tanınmış həkim imiş - FOTO
Bugun.az

Vəzifəli şəxs vəfat etdi - FOTO
Bugun.az

Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Son Xeberler

"Zavuç"la gizli eşq yaşayan qadın müəllim ifşa old...
Son Xeberler

SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxs vəfat etdi...
Son Xeberler


