Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ərdoğanı təhqir etdi, başına iş gəldi -Foto

03.12.2025 11:52 7 baxış sayı 2 dəq. oxuma Metbuat
Ərdoğanı təhqir etdi, başına iş gəldi -Foto

Türkiyənin Şanlıurfa şəhərində Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edən şəxs xüsusi təyinatlı polis əməkdaşları tərəfindən saxlanılıb. Adı açıqlanmayan bir şəhər sakini adi avtobus səfəri zamanı ölkə başçısının ünvanına xoşagəlməz ifadələr işlədib. Bu ifadələr avtobusdakı digər sərnişinlərin reaksiyasına səbəb olub, onlar həmin şəxsə dəfələrlə xəbərdarlıq ediblər.


Buna baxmayaraq, saxlanılan şəxs xoşagəlməz nitqinə davam edib. Avtobusda olan sərnişinlər arasında hökuməti dəstəkləyən biri vəziyyətin gərginləşdiyini görüb. O, dərhal yerli polis orqanlarına məlumat verib. Polis hadisə yerinə tez reaksiya göstərərək xüsusi təyinatlı qrupları cəlb edib.


Xüsusi təyinatlı “Delfin” qrupu qısa müddətdə avtobusu saxlatdırıb. Həmin şəxs qrupun əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb. Şanlıurfa Polis İdarəsində faktla bağlı hüquqi araşdırma başladılıb.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: