🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Ərdoğan Starmerlə bir araya gəldi

25.06.2025 19:25 5 baxış sayı 1 dəq. oxuma
Ərdoğan Starmerlə bir araya gəldi

Hollandiyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Böyük Britaniyanın Baş naziri Key Starmerlə bir araya gəlib.

Metbuat.az xəbər verir ki, Starmer Ukraynada “Könüllülər Koalisiyası”nın planlaşdırılmasında verdiyi dəstəyə və sülh danışıqlarındakı roluna görə Türkiyəyə təşəkkür edib. Bu barədə Böyük Britaniyanın Baş nazirinin ofisindən açıqlama verilib. Açıqlamaya görə, Ərdoğan və Starmer Yaxın Şərqdəki hadisələri müzakirə edib, İsrail və İran arasında atəşkəsin qənaətbəxş olduğu barədə razılığa gəliblər. Liderlər Qəzzadakı vəziyyəti də müzakirə edərək, bölgəyə yardımı artırmaq və böhrana son qoymaq barədə razılığa gəliblər.

Liderlər Türkiyə ilə Böyük Britaniya arasında hərbi əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.

Paylaş: