
Emin Əmrullayevdən iki yeni təyinat - FOTO

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətidə yeni təyinatlar həyata kemirilib.
Metbuat.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Bundan əvvəl Fondun sədr müavini vəzifəsində çalışan B.Əzimov informasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə magistr təhsili alıb.
Emin Əmrullayevin digər əmri ilə Rüfət Tağızadə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi və Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib.
R.Tağızadə bundan əvvəl Elm və Təhsil Nazirliyinin Peşə təhsili siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Oxşar xəbərlər

Emin Əmrullayevdən 3 yeni təyinat -
Son Xeberler

Yeni təhsil nazirindən ilk TƏYİNAT -
Son Xeberler

Yeni Təhsil naziri təyin olunan Emin Əmrullayev ki...
Son Xeberler

Təhsil nazirindən yeni
Son Xeberler

Dövlət Sosial Müdafiə Fondunda yeni TƏYİNAT
SON Xəbər

Baş Nazirdən yeni Təyinat
Son Xeberler