
Elşən Məmmədov Respublika Şahmat Mərkəzinə Rəhbər Təyin Edilib

Respublika Şahmat Mərkəzinə yeni rəhbər təyin edilib.
Gənclər və İdman Naziri Fərid Qayıbovun əmri ilə bu vəzifə Elşən Məmmədova həvalə olunub. Elşən Məmmədov bu təyinata qədər iki il Qusar Olimpiya İdman Kompleksinə rəhbərlik edib.
Elşən Məmmədov uzun illər idman jurnalisti kimi fəaliyyət göstərib. O, 23 il ərzində "Şərq" və "Futbol+" qəzetlərində, APA Sport, Lent.az və "Report" informasiya agentliklərində müxbir və redaktor olaraq çalışıb.
Elşən Məmmədovun zəhməti yüksək qiymətləndirilib. O, 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ildə isə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin idman jurnalisti" adına layiq görülüb.
Elşən Məmmədov, həmçinin İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 10 dəfə "İlin Qalibləri" layihəsini, həmçinin minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.
Oxşar xəbərlər

Azərbaycan şahmatçısı ilk dəfə Maqnus Karlsen turn...
İdman Xəbər

Yalçın Camalov Aqrar Kredit və İnkişaf Agentliyinə...
Son Xeberler

Bakıda gənz qız zəhər içərək intihara cəhd edib
Son Xeberler

SON DƏQİQƏ! "Space" TV-yə yeni rəhbər təyin edildi...
Son Xeberler

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli...
Son Xeberler

Vüqar Həşimovun valideynlərinin son durumu açıqlan...
Bugun.az