🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
11 abunə

Əliyar Ağayev DÇ-2026-da təyinat aldı

08.06.2025 09:25 46 baxış sayı 1 dəq. oxuma
Əliyar Ağayev DÇ-2026-da təyinat aldı

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Metbuat.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin K qrupunda keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Görüş iyunun 10-da Leskovaç şəhərində yerləşən “Duboçiça” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Paylaş: