🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Əli Əsədov NK-nın üç qərarını ləğv etdi

03.02.2025 07:25 36 baxış sayı 1 dəq. oxuma
Əli Əsədov NK-nın üç qərarını ləğv etdi

Nazirlər Kabinetinin üç qərarı ləğv edilib.

Metbuat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə müvafiq qərar imzalayıb.

Qərara əsasən, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ləğv edilib.

Həmçinin, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ləğv edilib.

Bundan başqa, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı da ləğv edilib.

Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Paylaş: