Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Əli Əsədov Mixeil Kavelaşvili ilə görüşdü

15.04.2025 16:25 72 baxış sayı 2 dəq. oxuma Metbuat
Əli Əsədov Mixeil Kavelaşvili ilə görüşdü

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakıda Azərbaycan Baş naziri Əli Əsədovla görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətləri və müxtəlif sahələrdə, o cümlədən regional və beynəlxalq formatlarda uğurlu əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bildirilib ki, əsas diqqət ticarət-iqtisadi münasibətlərin dərinləşdirilməsinə və birgə regional layihələrin inkişafına yönəlib. Xüsusilə Orta Dəhlizin əhəmiyyəti və yükdaşıma imkanlarının artırılması məsələləri vurğulanıb.

Tərəflər həmçinin Cənubi Qafqaz regionunda sülh və sabitliyin qorunmasının vacibliyini qeyd ediblər.

Kavelaşvili Azərbaycanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəyişməz dəstəyə görə Baş nazir Əli Əsədova təşəkkürünü bildirib.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: