Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Əjdər Cəfərova vəzifə verildi

25.08.2025 09:25 18 baxış sayı 1 dəq. oxuma Metbuat
Əjdər Cəfərova vəzifə verildi

Azərbaycan Badminton Federasiyasında kadr dəyişikliyi olub.

Metbuat.az xəbər verir ki, Əjdər Cəfərov Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin edilib.

Əjdər Cəfərov (Əjdər Xosrov oğlu) 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.Təcrübəli idman mütəxəssisi üç Olimpiya Oyunlarında hakimlik edib. Qeyd edək ki, Əjdər Cəfərov 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında güləş yarışlarının beynəlxalq koordinatoru olub.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: