
Derbinin qalibi bu klub olacaq - Süni intellekt proqnoz verdi

Türkiyə Superliqasında çempionluq üçün vacib hesab edilən oyunda "Qalatasaray" evində "Fənərbaxça"nı qəbul edəcək.
Metbuat.az xəbər verir ki, süni intellekt zirvəyə iki iddiaçının həlledici oyunu ilə bağlı proqnoz verib. ChatGPT “Hər iki komandanın son həftələrdəki çıxışını nəzərə alsaq. Derbidə kimin qalib gələcəyini şərh edə bilərsinizmi?” sualına maraqlı cavab verib. ChatGPT, “Derbilər hər zaman sürprizlərə açıq olsa da, hazırkı formasını və statistikasını nəzərə alsaq, "Qalatasaray"ın doğma meydanda üstünlüyü ilə bir addım öndə olduğunu söyləmək olar. Ancaq “Fənərbaxça”nın güclü heyəti və son həftələrdəki çıxışı matçın nəticəsini proqnozlaşdırmağı çətinləşdirir. Ona görə də hər iki komandanın qol vura biləcəyi gərgin mübarizəli matç ola bilər” - deyə bildirib.
Proqnozda “Qalatasaray”ın qələbəsi 45 faiz, “Fənərbaxça”nın qələbəsi 35 faiz, heç-heçə isə 20 faiz dəyərləndirilib.
Oxşar xəbərlər

Nvidia, Süni İntellekt Devi Run.ai-ni Aldı
Texnologiya xəbərləri

Apple Özəl Süni İntellekt Çipinə Yönəlir
Texnologiya xəbərləri

Konfrans Liqasında 1/8 finalın püşkü atıldı
Bugun.az

XAI süni intellekt sahəsində gücünü ikiqat artırır
Texnologiya xəbərləri

Apple-ın M5 Çipləri haqqında yeni məlumatlar ortay...
Texnologiya xəbərləri

Dünyanın Ən Böyük Çip Zavodu NVIDIA üçün Təsis Edi...
Texnologiya xəbərləri