
Dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb - FAKTİKİ HAVA

Yanvarın 5-i saat 17:30-a olan məlumata əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib.
Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dir.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 16, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Külək gücləndi, dalğanın hündürlüyü 4 metrə çatdı
Bugun.az

Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatdı
Bugun.az

Azərbaycanda hava şəraiti: Qar yağıntıları
Bugun.az

Küləkli hava nə vaxtadək davam edəcək?
Bugun.az

Faktiki hava açıqlandı
Son Xeberler

Qarlı hava nə qədər davam edəcək? -
Son Xeberler