
Dələduzluq edən qadına hökm oxundu

Qızıl alveri adı ilə dələduzluqda təqsirləndirilən Balaxanım Atakişiyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin qərarına əsasən, B.Atakişiyeva 6 il azadlıqdan məhrum edilib. İttiham B.Atakişiyevanın Bakı və Sumqayıt şəhərlərində qızıl alveri ilə məşğul olduğunu göstərir. O, "Moskva" Univermağında işləyən Minarə İbayeva ilə ticarət əlaqələrinə başlamışdı.
B.Atakişiyeva vaxtaşırı Minarədən topdansatış qiymətinə qızıl-zinət əşyaları alıb satırdı, pullarını da müntəzəm ödəyirdi. Beləliklə, o, Minarənin etibarını qazandı. Bir müddətdən sonra B.Atakişiyeva ondan yüksək məbləğə qızıllar götürüb satdı, lakin bu dəfə pulları qaytarmadı.
Sonuncu dəfə təqsirləndirilən şəxs Minarədən, onun oğlu və kürəkənindən cəmi 62 min manatlıq qızıl-zinət əşyaları götürmüşdü. O, götürdüyü qızılların pulunu qaytarmadı. B.Atakişiyeva həmin pulun əvəzində Minarəyə "Toyota Prado" markalı avtomobil verəcəyini vəd etməklə onu arxayın salmağa çalışdı, lakin vədinə əməl etmədi. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində dələduzluq əməlində ittiham olunan B.Atakişiyeva saxlanıldı və məhkəmə tərəfindən cəzalandırıldı.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Elariz Məmmədoğlunun kürəkəninə hökm oxundu -FOTO
Bugun.az

Fuad Muradova hökm oxundu
Bugun.az
Həyat yoldaşına fiziki zor tətbiq edən şəxs saxlan...
Azəri Xəbər

Bəxtiyar Hacıyevə hökm oxundu
Bugun.az

37 min manat ələ keçirən şəxs saxlanıldı
Bugun.az

Ramin Qurbanova hökm oxundu
Bugun.az


