
Danimarka Qrenlandiyanın müdafiə büdcəsini artırdı

Danimarka Qrenlandiyanın müdafiə büdcəsini 14,6 milyard Danimarka kronu artırdığını açıqlayıb.
Metbuat.az xəbər verir ki, Danimarkanın bu həmləsinin ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya ölkəsinin nəzarət etməsi ilə bağlı bəyanatından sonra gəlməsi diqqət çəkib. Hərbi mövcudluğunu təxminən 2,05 milyard dollar artırmağa qərar verən Danimarka, Qrenlandiyanın müdafiəsi və təhlükəsizliyinə cavabdehdir. Müdafiə xərclərini davamlı olaraq azaldan Danimarka, ötən il ordusu üçün 10 illik 190 milyard Danimarka kronu büdcə ayırıb və onun bir hissəsi hazırda Arktika üçün nəzərdə tutulub.
Qeyd edək ki, Avropadan Şimali Amerikaya ən qısa yol Qrenlandiyadan keçir, ona görə də böyük ada strateji mövqeyinə görə ABŞ üçün böyük əhəmiyyət kəsb edir.
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Rusiya hərbi büdcəsini kəskin artırdı
Bugun.az

Ermənistan müdafiə xərclərini artırdı
Xəbər Anı

Danimarka Ukraynaya yeni hərbi yardım paketi ayırı...
Azəri Xəbər
Danimarka Ukraynaya 220 milyon dollarlıq yeni hərb...
Azəri Xəbər

Ermənistan və Danimarka əməkdaşlıq müqaviləsi imza...
Azəri Xəbər

Şotlandiya - Danimarka Oyunu Öncesi: Con MakGinn D...
Futbol Neticeleri


