
Çuğundurun sağlamlıq üçün faydalı xüsusiyyətləri

Payız-qış mövsümündə süfrələrin sevimli tərəvəzlərindən biri olan çuğundur həm dadına, həm də sağlamlığa faydasına görə xüsusi yer tutur.
Metbuat.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu tərəvəz orqanizmin güclənməsi və bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.
Çuğundur ürək-damar sistemini qoruyur, qan dövranını yaxşılaşdırır və qan təzyiqini tənzimləməyə kömək edir. Onun tərkibindəki dəmir və fol turşusu qanın tərkibini zənginləşdirir, hemoglobin səviyyəsini yüksəldir. Buna görə də anemiya (qanazlığı) problemi yaşayanlara tez-tez çuğundur yemək tövsiyə olunur.
Bundan başqa, çuğundur immuniteti gücləndirir, bədəni toksinlərdən təmizləyir və qaraciyərin fəaliyyətini dəstəkləyir. Liflə zəngin olduğuna görə həzm sisteminin normal işləməsinə kömək edir.
Daimi çuğundur istehlakı dəriyə parlaqlıq verir, orqanizmdəki iltihabları azaldır və enerjini artırır. Həkimlər onu qaynadılmış, bişmiş və ya salat formasında gündəlik rasiona daxil etməyi məsləhət görürlər.
Oxşar xəbərlər

Püstə: Sağlamlıq üçün əvəzsiz bir hədiyyə
Bugun.az

Galaxy Saatında Ödənişli Sağlamlıq Xüsusiyyətləri
Texnologiya xəbərləri

AirPods Pro 3: Sağlamlıq Monitorinqi ilə Yeni Dövr
Texnologiya xəbərləri

Qarpızın bilinməyən faydaları
Bugun.az

Acer, Süni Zəka ilə İşləyən Qulaqlıqlarla Geyim Te...
Texnologiya xəbərləri

Honor Watch 5: 15 Gün Batareya Ömrü ilə Dünyada!
Texnologiya xəbərləri