🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

COP29 xüsusi marşrutları üzrə daşınan sərnişinlərin sayı açıqlandı

13.11.2024 15:25 7 baxış sayı 2 dəq. oxuma
COP29 xüsusi marşrutları üzrə daşınan sərnişinlərin sayı açıqlandı

Noyabrın 11-dən etibarən Bakıda COP29 konfransı öz işinə başlayıb.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən Metbuat.az-a bildirilib ki, konfransda iştirak etmək məqsədilə paytaxta səfər edən çoxsaylı qonaqların təhlükəsiz və rahat daşınmasının təmin edilməsi üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən koordinasiyalı hazırlıq işləri çərçivəsində tədbir məkanı, hava limanı və şəhərin müxtəlif strateji ərazilərində yerləşən nəqliyyat qovşaqları arasında müvafiq nəqliyyat sxemi tətbiq edilməkdədir.

Noyabrın 5–11-də konfrans öncəsi ilkin sessiyalar və konfransın ilk günləri ərzində tədbir məkanı və müxtəlif nəqliyyat qovşaqları arasında xüsusi marşrutlar üzrə fəaliyyət göstərən avtobuslar vasitəsilə 58 mindən çox iştirakçının hərəkəti təmin edilib. Qurumların operativ koordinasiyası və paytaxt yollarında nəqliyyat axınının peşəkar tənzimləmə nəticəsində COP29 iştirakçıları yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri ilə təmin ediliblər.

Paylaş: