🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

COP29-da iqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqinə dair müzakirələr aparıldı

17.11.2024 09:25 10 baxış sayı 3 dəq. oxuma
COP29-da iqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqinə dair müzakirələr aparıldı

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Parlament Görüşündə noyabrın 16-da "İqlim həssaslığını həll edilməsi: İqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi" adlı sessiya keçirilib.

Metbuat.az xəbər verir ki, Şərqi Afrika Qanunvericilik Məclisinin Parlament üzvü Jaklin Amonginin moderatorluğu ilə keçirilən sessiya parlamentarilərə kiçik ada dövlətləri, dağlıq və dənizə çıxışı olmayan ölkələr kimi müxtəlif dövlətlərin özünəməxsus həssaslıqlarının necə həll edilməsi barədə daha dərindən araşdırma aparmaq imkanı yaradıb.

Tədbirdə çıxış edən Beynəlxalq İnkişaf Hüquq Təşkilatının (IDLO) Baş direktoru xanım Jan Beagle, İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICIMOD) Regional Fəaliyyət və Qlobal Təbliğat üzrə Strateji Qrupun rəhbəri David Potter, Benin Milli Assambleyanın üzvü Jeremi Adomahu və BMT-nin iqlim dəyişmələri üzrə eksperti Katerine Vonq iqlim dəyişikliyindən təsirlənən həssas qrupların müdafiəsini təmin etməyin, ədalətli və hərtərəfli iqlim siyasətinin təşviqinə dəstək olmağın vacibliyindən danışıblar. Bildirilib ki, iqlim dəyişmələri ilə mübarizədə yerli qanunlar və beynəlxalq öhdəliklər mütləq nəzərə alınmalıdır.

Qeyd edilib ki, münaqişədən və müharibədən əziyyət çəkən ölkələr, həmçinin iqlim dəyişmələrindən də təsirlənir. Eyni zamanda, münaqişələrə məruz qalan ölkələr iqlim maliyyəsindən də əziyyət çəkir.

Çıxış edənlər, eyni zamanda, kiçik ada dövlətlərinin, dağlıq və okeana çıxışı olmayan ölkələrin də bu məsələlərdən əziyyət çəkdiyini diqqətə çatdırıblar. Bildirilib ki, bu münaqişələr ildən-ilə daha çox insanı didərgin salıb. Lakin belə davam edərsə, iqlim dəyişmələrinin gələcəkdə daha çox insanı məcburi köçkün vəziyyətinə salacağını görəcəyik.

Tədbirdə iqlim dəyişikliyinin gənclər arasında sosial həssaslığa təsiri barədə fikir mübadiləsi aparılıb. Həmçinin iqlim dəyişikliyi ilə bağlı müzakirələrin daha da dərinləşməsinə və hərtərəfli tədbirlərin həyata keçirilməsinə dair mütəmadi olaraq bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Paylaş: