
Çin avtomobilini üç dəfə ildırım vurdu - VİDEO

Çində hərəkətdə olan “BYD Song Plus” markalı elektrikli avtomobili ardıcıl üç dəfə ildırım vurub.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü zərbələrə baxmayaraq, avtomobilin sürücüsü xəsarət almayıb, güc akkumulyatoru, idarəetmə bloku və mühərrikdə zərər aşkarlanmayıb. Mütəxəssislər bunun metal gövdənin “Faraday qəfəsi” effekti yaratması ilə bağlı olduğunu bildiriblər.
Ekspertlər ildırım zamanı avtomobildən düşməməyi, pəncərələri bağlamağı, bütün elektron sistemləri söndürməyi və təhlükə sovuşduqdan sonra ən azı 30 dəqiqə gözləməyi tövsiyə edirlər.
Təhlükəsizlik kameraları ildırımın avtomobili vurma anını qeydə alıb. Həmin kadrları təqdim edirik:
Oxşar xəbərlər

ABŞ-da Azadlıq heykəlini ildırım vurdu -
Son Xeberler

16 yaşlı oyunçunu ildırım vurdu -
Son Xeberler

57 yaşlı kişini ildırım vurub öldürdü
Bugun.az

İtburnu yığan ana və qızını ildırım vuraraq öldürd...
Son Xeberler

Dəhşətli hadisə: 14 nəfəri ildırım vurub öldürdü
Xəbər Anı

Bu rayona ildırım düşdü: Yaralı var - VİDEO
Bugun.az