
Çin 10 ildən sonra Tripolidəki səfirlik fəaliyyətini bərpa etdi

Çin Xalq Respublikası 10 illik uzun fasilədən sonra Liviyanın paytaxtı Tripolidəki səfirliyinin fəaliyyətini bərpa edib. Bu, iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətində atılan önəmli bir addımdır.
Məlumatı Liviya Milli Birlik Hökumətinin Xarici İşlər Nazirliyi yayıb. Nazirliyin açıqlamasına görə, Çin səfirlik heyəti artıq Tripoliyə köçüb və işə başlayıb. Nazirlik qeyd edir ki, Çinin səfirlik fəaliyyətini bərpa etməsi əhəmiyyətli hadisədir, iki ölkə arasındakı əməkdaşlığın və dostluğun bərpasını əks etdirir.
Səfirliyin yenidən açılması Tripolinin diplomatik əhəmiyyətini artırır. Xatırladaq ki, Liviyada illər boyu davam edən vətəndaş müharibəsi və təhlükəsizlik problemləri səbəbindən bir çox xarici ölkə öz diplomatik nümayəndəliklərini bağlamışdı. Həmin dövlətlərin əksəriyyəti səfirliklərinin işini müvəqqəti olaraq qonşu Tunisə köçürmüşdü. Çinin on illik fasilənin ardından qayıtması Tripolidə sabitliyin müəyyən dərəcədə təmin olunduğunu göstərir.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Bu ölkədə vətəndaş müharibəsi başladı
Bugun.az

İsrailin Azərbaycandakı səfirliyi: Qəzza silahlard...
Azəri Xəbər

İsrailin Azərbaycandakı səfirliyi açıqlama yaydı
Bugun.az

Bakı avtovağzalı bu tarixdən fəaliyyətini bərpa ed...
Son Xeberler

Dəməşq beynəlxalq hava limanı fəaliyyətini bərpa e...
Bugun.az

Səfirlik: Oklahoma və Azərbaycan arasında tərəfdaş...
Azəri Xəbər


