Çimnaz Sultanovanın ölüm səbəbi açıqlandı
Aktrisa Çimnaz Sultanovanın ölüm səbəbi məlum olub.
Metbuat.az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova Axar.az-a məlumat verib.
O bildirib ki, 15.01.1980-ci il təvəllüdlü Heybətova (Sultanova) Çimnaz Mütəllim qızı dəfələrlə Bakı Sağlamlıq Mərkəzində 2021-ci ildən etibarən (4 il ərzində) altı dəfə tibbi xidmət alıb.
Onun sözlərinə görə, 2021-ci ilin mart, iyul aylarında, 2023-cü ilin iyul ayında, 2024-cü ilin aprel, oktyabr və noyabr aylarında stasionar cərrahi müalicədə olub: "İlk müraciət etdikdə qarın boşluğunun böyük ölçülü törəməsi səbəbindən bağırsaq keçməzliyi diaqnozu ilə qəbul edilib. Böyük ölçülü törəmənin kəsilib götürülməsi, bağırsaq keçməməzliyinin ləğvi əməliyyatı icra edilib. Patohistoloji müayinə zamanı “Leyomiosarkoma” təsdiq edilib. Xəstə kafi vəziyyətdə evə yazılıb və onkoloqun nəzarətinə göndərilib. Onkoloji mərkəzdə radioterapiya qəbul edib. Növbəti dövrlərdə eyni xəstəliyin qarın boşluğunun müxtəlif orqanlarına metastazı, bağırsaq keçməməzliyi, kəskin qarın əlamətləri ilə müraciət edib və cərrahi müalicələr alıb. Əməliyyatdan sonra hər dəfə onkoloqun nəzarətinə göndərilib. İkinci əməliyyatından sonra da kimyaterapiya qəbul edib".
G. Kazımova bildirib ki, Ç.Sultanova sonuncu müraciətində stasionar cərrahi müalicədə olunub. Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb. Son günlərdə klinikamıza müraciət etməyib.
"Xəstə özü və xəstəliyi barəsində məlumatların konfidensiallığının qorunmasını tələb edib. Biz rəsmi araşdırmalarının aparılması və müvafiq ekspertizanın keçirilməsinə hazırıq", - deyə o əlavə edib
Oxşar xəbərlər
Azərbaycanda ölüm halları azalıb
Bugun.az
Aktrisa Çimnazın ölümünün təfərrüatı - FOTO
Bugun.az
Sədnayada Dəhşət: İşkəncə Alətləri Açıqlandı
Son Xeberler
Son günlər paytaxtı bürüyən qoxunun səbəbi nədir?
Xəbər Anı
Xaçmazda qadın meyiti tapıldı
Bugun.az
Azər Qasımlının həbsinin səbəbi açıqlandı
Bugun.az