
Ceyhun Bayramov Alison Hukeri qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukeri qəbul edib.
Görüş zamanı tərəflər Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığının cari vəziyyəti, inkişaf perspektivləri, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də regional və qlobal təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi apardılar. Avqustun 8-də tarixi Vaşinqton görüşü zamanı əldə edilmiş razılıqlar məmnunluqla xatırlandı. Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində birgə səylərin vacibliyini qeyd etdilər.
Danışıqlarda regional sabitliyin, enerji təhlükəsizliyinin və nəqliyyat dəhlizlərinin genişləndirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulandı. Azərbaycan ABŞ tərəfindən həyata keçiriləcək olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" üzrə işlərin sürətləndirilməsində maraqlı olduğunu diqqətə çatdırdı. Bu marşrut Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədi daşıyır. Qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupunun fəaliyyət istiqamətləri nəzərdən keçirildi. İkitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsinin vacibliyi də bildirildi.
Cənubi Qafqaz regionunda sülh və sabitlik gündəliyi, ikitərəfli və çoxtərəfli platformalar çərçivəsində qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə edildi. Ceyhun Bayramov görüş tərəfinə normallaşma prosesi daxilində atılan addımlar, post-münaqişə dövründə aparılan bərpa-quruculuq işləri barədə məlumat verdi. Görüşdə, həmçinin, Yaxın Şərqdəki vəziyyət və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Çavuşoğlu Ceyhun Bayramova zəng etdi
Son Xeberler
Ceyhun Bayramov Əlcəzair Prezidenti ilə görüşüb
Azəri Xəbər

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə telefonda...
Son Xeberler

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb
Azəri Xəbər

Ceyhun Bayramov Gürcüstana səfər edəcək
Son Xeberler

Ceyhun Bayramov Türkiyəyə gedib
Son Xeberler


