Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Çexiya Azərbaycandan neft alışını artırıb

16.10.2025 14:25 12 baxış sayı 1 dəq. oxuma Metbuat
Çexiya Azərbaycandan neft alışını artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Çexiyaya 1 milyon 307 min 899,13 ton xam neft ixrac edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu miqdarda məhsulun dəyəri 701 milyon 374 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 9 ayı ilə müqayisədə 4,9 % çox, dəyəri isə 11,2 % azdır.

Çexiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 7,69 % olub.

Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 938 milyon 864,59 min ABŞ dolları dəyərində 16 milyon 996 min 208,46 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 35 milyard 376 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 606 milyon ABŞ dolları ixracın, 16 milyard 769 milyon ABŞ dolları isə idxalın payına düşüb

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: