Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Buzovnada su niyə yoxdur? - AÇIQLAMA

18.08.2025 15:25 17 baxış sayı 1 dəq. oxuma Metbuat
Buzovnada su niyə yoxdur? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son günlərdə paytaxtın bir sıra rayonlarında su təchizatında fasilələr yaşanır. Xəzər rayonu Buzovna qəsəbəsi sakinləri də gün ərzində suyun verilməməsindən şikayət edirlər.

Bəs suyun verilişindəki bu azalmanın səbəbi nədir?

Məsələ ilə bağlı Xəzər rayon Sukanal idarəsindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xəzər rayonu Sukanal idarəsinin inzibati ərazisinə mərkəzi xətdən ötürülən suyun qəbulunda təzyiqdə müvəqqəti olaraq azalma müşahidə olunur. Bununla əlaqədar Xəzər rayonunun bir sıra ərazilərində gün ərzində suyun verilməsində fasilələr yaranır.

Ülkər Cəlilzadə / Metbuat.az

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: