
“Burada gecələyəcəyəm” - Zurabişvili

Gürcüstan Prezidenti Salome Zurabişvili varisinin andiçmə mərasimi ərəfəsində iqamətgahında gecələyəcəyini bildirib.
Metbuat.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu haqda o, videomüraciətində deyib.
“Sizi Orbeliani sarayından salamlayıram. Mən buradayam, burada olacağam və burada gecələyəcəm”, - deyə siyasətçi qeyd edib.
O, tərəfdarlarını ertəsi gün yerli saatla 10:00-da iqamətgaha gəlməyə çağırıb. Sonra gələcək planlarını açıqlayacaq.
Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da, ölkənin yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi günü başa çatır.
Daha əvvəl də Zurabişvili vəzifəsini tərk etməyəcəyini açıqlayıb.
Oxşar xəbərlər

Gürcüstan Prezidenti Seçkiləri Tanımadı
Bugun.az

Gürcüstan Etiraza Hazırlaşır
KIBRIT MEDIA

Tiflisdə Prezident aksiyaçılara qoşuldu
Bugun.az

"Braziliyada keçiriləcək COP üçün burada müşahidəl...
Bugun.az

“Bu, bizimlə Ermənistan arasında olan döyüşdür,
Son Xeberler

Gürcüstanda etirazlar: Polisə hücum anları lentə a...
Son Xeberler