
Bu tarixdə Bakıya qar yağacaq

"Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də yağışın bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var".
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib.
O qeyd edib ki, Azərbaycanın rayonlarında da dekabrın 12-si günün ikinci yarısından Şimal və Qərb rayonlarından başlayaraq bəzi ərazilərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.
"Dekabrın 13-ü gündüz yağıntıda fasilə yaransa da qeyri-sabit, yağıntılı hava şəraitinin 14-ü gündüzədək davam edəcəyi gözlənilir”, - deyə o bildirib.
Oxşar xəbərlər

Bakıya bu tarixdə qar yağacaq? -RƏSMİ
Bugun.az

Leysan yağacaq, dolu düşəcək
Xəbər Anı

AZAL Budapeştdən Bakıya çarter reysi yerinə yetiri...
Son Xeberler

Rusiyanın Müdafiə naziri Bakıya gəlir
Son Xeberler

Bakıya axşam yağış və şimşək xəbərdarlığı
Bugun.az

Messi Azərbaycana gəlir
Xəbər Anı