Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu şəxslər hərbi xidmətdən azaddır

12.11.2025 12:42 6 baxış sayı 3 dəq. oxuma Metbuat
Bu şəxslər hərbi xidmətdən azaddır

Zaman-zaman ikili vətəndaşlığı olan şəxslərin hərbi xidmət öhdəlikləri ilə bağlı müəyyən suallar yaranır. Bəs bu şəxslər hər iki ölkədə hərbi xidmət keçməlidirlərmi? Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İctimaiyyətlə İş şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.


O bildirdi ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi şərtlərə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Yəni, bir şəxsin xarici vətəndaşlığı varsa, amma hələ də Azərbaycan vətəndaşlığı saxlanılıbsa, o, hərbi xidmət mükəlləfiyyətindən azad edilmir. Bu, ikili vətəndaşlıq statusu olan, amma Azərbaycan pasportunu saxlayan şəxslər üçün ümumi qaydadır.


Lakin Qanunun digər maddəsi istisnaları müəyyən edir. SHXÇDX rəsmisi vurğulayıb ki, Qanunun 23.1.5-ci maddəsinə əsasən, müəyyən şərtlər daxilində azad edilmə mümkündür. Azad edilmə o şəxslərə aiddir ki, onlar Azərbaycan vətəndaşlığına qəbul edilənədək əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə uyğun olaraq, müddətli həqiqi hərbi xidmət keçiblər və ya bu xidmətdən azad ediliblər. Belə şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər.


Bu azad edilmə müddəası yalnız bir qrupa şamil edilmir. Əgər şəxs doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuşdusa, xarici ölkədə hərbi xidmət keçməsinə baxmayaraq, həmin şəxs Azərbaycan qanunları ilə xidmətə çağırışdan azad edilmir. Digər hallarda isə, əvvəllər xidmət keçən vətəndaşlar dinc dövrdə ehtiyata keçmə hüququndan istifadə edə bilirlər.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: