🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bu ölkəda qurban kəsilməsi qadağan edildi

27.02.2025 09:25 9 baxış sayı 2 dəq. oxuma
Bu ölkəda qurban kəsilməsi qadağan edildi

Mərakeş kralı VI Məhəmməd iqlim dəyişikliyinin səbəb olduğu quraqlıq və iqtisadi çətinliklər səbəbindən bu il ölkədə qurban kəsilməməsi ilə bağlı çağırış edib. Kral bu ibadəti mərakeş xalqı adından özü yerinə yetirəcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Kralın bu qərarla bağlı xalqa müraciəti Din İşləri və Vəqflər naziri Əhməd ət-Təvfiq tərəfindən dövlət televiziyasında səsləndirilib.

Müraciətdə ölkədə iqlim və iqtisadi problemlərin heyvan sayında ciddi azalmaya səbəb olduğu vurğulanıb. Qurban kəsməyin imkan daxilində yerinə yetirilməli olan güclü bir sünnə olduğu qeyd edilərək hazırkı şəraitdə bu ibadətin xüsusilə azgəlirli vətəndaşlar üçün əlavə yük yarada biləcəyi bildirilib.

Hökumətin dini və sosial məsuliyyət çərçivəsində bu qərarı verdiyi qeyd olunaraq, xalqa bu il qurban kəsməkdən imtina etmələri tövsiyə edilib. Bununla belə, Fas xalqı adından bu ibadəti Kral VI Məhəmmədin özü yerinə yetirəcəyi bildirilib.

Qeyd edək ki, Mərakeşdə qurban kəsməkdən imtina edilməsi ilk dəfə deyil. 1963, 1981 və 1996-cı illərdə də oxşar qərarlar qəbul edilib.

Paylaş: