🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bu market qanunsuz işləyirmiş - FOTO

05.09.2025 08:25 1 baxış sayı 2 dəq. oxuma
Bu market qanunsuz işləyirmiş - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı şosesində fəaliyyət göstərən, fiziki şəxs Seymur Türbət oğlu Məmmədova məxsus “Tur” marketdə yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Metbuat.az-a verilən məlumata görə, yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Marketin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin məhsulların döşəmə və divardan ara məsafə gözlənilmədən saxlanıldığı, xammalın qəbulu və saxlanılması sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, anbarda qida məhsulu saxlanan rəflərin asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək marketin anbar sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, fiziki şəxs barəsində inzibati protokol tərtib olunub.

Paylaş: