
Bu mallara dair təhlükəsizlik tələbləri təsdiqlənəcək

"Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş malların təhlükəsizliyinə dair texniki reqlament” üzrə layihə ictimai müzakirəyə çıxarılıb.
Metbuat.az bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, ictimai müzakirə bitdikdən sonra layihə təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Qeyd edək ki, “Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş malların təhlükəsizliyinə dair milli texniki reqlament” “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində uşaqların və yetkinlik yaşına çatmayanlarin həyat və sağlamlığının qorunması, habelə istehlakçıları çaşdıran halların qarşısının alınması məqsədi ilə kimyəvi, bioloji, mexaniki və termik təhlükəsizlik baxımından uşaq və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mallara dair məcburi tələbləri müəyyən edir.
Oxşar xəbərlər

Baş nazir Əli Əsədov qərar imzaladı
Bugun.az

Rusiyanın sülh sazişini imzalamaq üçün tələbləri b...
Bugun.az

"İndiana Cons: Böyük Dairənin Kompüter Sistem Tələ...
Texnologiya xəbərləri

Apple C1 Modemində Təhlükəsizlik Açığı Aradan Qald...
Texnologiya xəbərləri

STALKER 2 üçün kompüter sistem tələbləri açıqlandı...
Texnologiya xəbərləri

Windows 11 24H2: Daha Güvənli İstifadəçi Təcrübəsi
Texnologiya xəbərləri