Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu ixtisaslarda ballar arta bilər -Abituriyentlərin diqqətinə

22.02.2025 17:25 100 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu ixtisaslarda ballar arta bilər -Abituriyentlərin diqqətinə

"Bu il prestijli ixtisaslarda ballar arta bilər"

Metbuat.az xəbər verir ki, bunu “ XəzərXəbərə açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. Ekspert bildirib ki, ötən illə müqayisədə bu il bəzi universitetlərin plan yerlərinin də artırılması nəzərdə tutulur.

Ekspert həmçinin onu da əlavə edib ki, plan yerlərinin artması ilə ballarda ciddi mənada dəyişiklik gözlənilməsə də, ötən ildəki kimi bəzi prestijli ixtisasların ballarında artım ola bilər.

Rizvan Fikrətoğlu onu da bildirrib ki, keçid balları hər il qəbul olunan tələbələrin sayı, ixtisaslar üzrə tələbat, tələbələrin imtahan nəticələri və ümumi təhsil sistemindəki dəyişikliklər əsasında müəyyən olunur.


S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: