
Bu ictimai-iaşə obyektləri cərimələndi

Havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri cərimələnib.
Bu barədə Metbuat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı “Fidan” şadlıq sarayından, “Rahib”, “Sehirli Təndir”, “Qaynana” və “Kükü” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
Qeyd edilib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib edilərək hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.
Oxşar xəbərlər

Azərbaycanda restoran, kafe və çay evləri açılır
Son Xeberler

DİN-dən vətəndaşlara toy
Son Xeberler

Nazirlər Kabinetindən kafe və restoranların fəaliy...
Son Xeberler

Azərbaycanda restoranlar bu tarixdə açılır
Son Xeberler

Karantini pozan çay evinin sahibi cərimələndi
Son Xeberler

Kafe və restoranlar işlədənlərə
Son Xeberler