Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu gün XIII turun 2 oyunu keçiriləcək

09.11.2024 08:25 150 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu gün XIII turun 2 oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunları keçiriləcək.

Metbuat.az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç baş tutacaq.

Əvvəlcə “Səbail” “Turan Tovuz”u qəbul edəcək. Görüş 17:00-da başlayacaq.

Turun digər qarşılaşmasında “Sabah” “Kəpəz”i sınağa çəkəcək. Matç 19:30-da start götürəcək.

17:00. “Səbail” – “Turan Tovuz”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Müslüm Əliyev, Elvin Bayramov

“ASCO Arena”

19:30. “Sabah” - “Kəpəz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov

“Bank Respublika Arena”

Xatırladaq ki, turun ilk oyununda - “Neftçi” - “Şamaxı” matçında qalib müəyyənləşməyib. Görüş 2:2 hesabı ilə yekunlaşıb.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: