🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bu bürclər tezliklə evlənəcək

20.07.2025 12:25 1 baxış sayı 2 dəq. oxuma
Bu bürclər tezliklə evlənəcək

Astroloqların proqnozlarına görə, yaxın günlərdə 5 bürc üçün evlilik həyatı gündəmə gələcək.

Metbuat.az xəbər verir ki, ulduzlar bu bürclərin sevgi həyatında ciddi dönüşlər və ailə qurmaqla bağlı qərarların veriləcəyini göstərir. Qarşıdakı günlər onlar üçün yeni bir həyatın başlanğıcı ola bilər.

1. Xərçəng
Ailə dəyərlərinə önəm verən Xərçənglər üçün münasibətlərdə ciddi addımlar atma vaxtıdır. Uzun müddətdir münasibətdə olan Xərçənglərdən bəziləri artıq nişan və toy planları qurmağa başlayacaq.

2. Tərəzi
Romantik və tarazlıq axtaran Tərəzilər üçün bu yay çox uğurlu olacaq. Qismətləri ilə qarşılaşacaq və münasibətlərini rəsmiləşdirmək istəyi artacaq. Gözlənilməz bir evlilik təklifi ala bilərlər.

3. Əqrəb
Əqrəblər üçün hisslər daha da güclənir. Bu dövrdə gizli qalan duyğular səthə çıxacaq və münasibətlər evliliklə nəticələnə bilər. Əqrəblər sürpriz qərarlar verməyə meyillidirlər.

4. Oğlaq
Ciddiliyi ilə seçilən Oğlaqlar artıq münasibətlərini bir nöqtəyə çatdırmaq istəyir. Əgər qarşı tərəf də eyni düşüncədədirsə, bu bürc tezliklə toy xəbərini verəcək.

5. Balıqlar
Sevgi dolu və duyğusal Balıqlar üçün ulduzlar nikah vəd edir. Onlar üçün münasibətlərdə hər şey daha da gözəlləşəcək və evlilik təklifləri gündəmdə olacaq.

Paylaş: