
Bu baş versə, Rusiya sərt cavab verəcək -Lavrov

“Rusiya NATO ölkələrinə hücum etməyi düşünmür. Eyni zamanda, Rusiyaya qarşı istənilən təcavüz sərt və qətiyyətli cavabla qarşılanacaq”.
Metbuat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
"Rusiyanın heç vaxt belə niyyəti olmayıb və yoxdur. Bununla belə, mənim ölkəmə qarşı hər hansı təcavüz qətiyyətlə qarşılanacaq", - Lavrov bildirib.
Lavrov bildirib ki, NATO və Avropa İttifaqı (Aİ) nümayəndələrinin bu məsələdə şübhəsi olmamalıdır. Onun sözlərinə görə, Qərb siyasətçiləri arasında elələri var ki, öz vətəndaşlarına Rusiya ilə münaqişənin qaçılmaz olduğunu təlqin edir və qənaətin sərtləşdirilməsinə çağırır, həm də açıq şəkildə Kalininqrad vilayətinə və Rusiyanın digər regionlarına qarşı təcavüzə hazırlıqdan danışırlar.
Oxşar xəbərlər

Lavrov, Bülbüloğlu'nun Missiyasını Naharla Qeyd Et...
Son Xeberler

Putin Ərdoğanla davamlı təmasdadır - Lavrov
Bugun.az

Lavrov və Rubio telefonda danışdı
Bugun.az

Lavrov Rubio ilə müzakirə apardı
Bugun.az

Rusiya XİN Rəhbəri Azərbaycan Səfirini Qəbul Etdi
Son Xeberler

Putin Vuçiçdən üzr istədi
Son Xeberler