
Bu bankların əmlakları hərraca çıxarılır

Mayın 21-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesindəki “Atabank” və “Texnika Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Metbuat.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Söhbət “Atabank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən, dəyəri 542 min manat olan 270,9 kv.metrlik 2 ədəd qeyri-yaşayış sahəsindən, “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən, dəyəri 525 min manat olan 252,6 kv.metrlik və dəyəri 505 min manat olan 251,8 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanda 13 bağlanmış bankın əmlakları hərraca...
Azəri Xəbər

Azərbaycanda 4 bağlanmış bankın əmlakları hərraca...
Azəri Xəbər

Yanvarın 6-da 14 nəqliyyat vasitəsi hərraca çıxarı...
Azəri Xəbər

Ləğv prosesindəki bankların daşınmaz əmlakları hər...
Bugun.az

Azərbaycanda 82 nəqliyyat vasitəsi hərraclara çıxa...
Bugun.az

Azərbaycanda növbəti torpaq hərracları elan edilib
Azəri Xəbər



