🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

“Bizə “Fənərbaxça”dan rəsmi təklif gəlməyib” - Rəşad Sadıqov

04.03.2025 23:25 6 baxış sayı 1 dəq. oxuma
“Bizə “Fənərbaxça”dan rəsmi təklif gəlməyib” - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçusu Salifu Sumaya Türkiyənin “Fənərbaxça” klubundan təklif gəlməsi ilə bağlı yayılan xəbərlərdən danışıb.

Metbuat.az xəbər verir ki, o yayılan xəbərlərə belə münasibət bildirib:

“Bizə “Fənərbaxça”dan rəsmi təklif gəlməyib. Mən də səhifələri izləyirəm. Salifu barədə xəbərlər çoxdur. Amma bunların əksəriyyəti həqiqəti əks etdirmir. “Dinamo”dan (Kiyev) təklif almışdıq. Yaxın zamanda transfer gözlənilmir. Ən yaxşı halda yayda ola bilər. Onun agenti ilə Bakıda görüşmüşəm. O da Salifunun bizdəki çıxışından məmnundur. Hamısı işin içində olan məqamlardır. Vacib olan odur ki, futbolçu bu situasiyada özünü yaxşı idarə etsin, oyunlara yaxşı köklənsin”.

Paylaş: