🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bəzi ərazilərdə yağış yağır -Faktiki hava

24.05.2025 07:25 4 baxış sayı 1 dəq. oxuma
Bəzi ərazilərdə yağış yağır -Faktiki hava

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağıntılar müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Əlibəy (Zaqatala), Daşkəsən, Şəmkir, Tovuz, Göygöl, Balakən, Şəki, Mingəçevir, Zərdab, Qax, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahdağ və Biləsuvarda 4 mm-dir.

Culfada şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-dək güclənir.

Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.

Paylaş: