Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bərdədə bir kənd digərindən şikayətçidir - VİDEO

16.08.2025 03:25 12 baxış sayı 2 dəq. oxuma Metbuat
Bərdədə bir kənd digərindən şikayətçidir - VİDEO

Bir kənddən çıxan çirkab suları digər kəndin əkin sahələrinə axıdılır.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, görüntülər Bərdənin Xəsili kəndindəndir. Sakinlərin sözlərinə görə, Hacallı kəndinin çirkab suları onların ərazilərinə axıdılır.

Fermer təsərrüfatlarının çirkabının su arxına axıdılması Xəsili kənd sakinlərini təngə gətirib. Sakinlərin sözlərinə görə, bu xoşagəlməz vəziyyət illərdir davam edir.

Problemlə bağlı 2022-ci ildə məhkəmə qətnaməsi qəbul edilərək bir neçə təsərrüfatın xəti sökülüb. Lakin, 2 il sonra xətlər sahibkarlar tərəfindən bərpa edilib və çirkab sular yenidən arxa axıdılır.

Məsələ ilə bağlı Aran su birliyi və kənd bələdiyyəsi "Xəzər Xəbər"in suallarını cavablandırıb. Bildirilib ki, problemin həlli üçün aidiyyəti üzrə müraciət edilib.

Məsələ ilə bağlı Bərdə Su Meliorasiya Sistemləri İstismarı İdarəsinə də müraciət etdik. Hüquq və insan resursları şöbəsinin rəisi Elnur Soltanov "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən məsələ ilə bağlı lazımi sənədlər tam toplanıb və ciddi tədbirlərin görülməsi məqsədilə məhkəməyə təqdim edilib.

Daha ətraflı videomaterialda:

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: