
Bərbad vəziyyətdə olduğu üçün avtobusun işləmədiyi yol — VİDEO

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əcəmi Naxçıvani küçəsinin yolları bərbad vəziyyətdədir.
Metbuat.az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, yol bərbad vəziyyətdə olduğundan bu ərazidən keçən avtobuslar da artıq yarıyoldan qayıtmağa məcbur olurlar.
Onlar deyirlər ki, aidiyyəti qurumlara müraciət etsələr də, yolun vəziyyəti dəyişilməz olaraq qalır.
Sabunçu Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ araşdırılaraq növbəti günlərdə açıqlama veriləcək.
Avtobusların sözügedən əraziyə girməməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, sözügedən ərazidə yolun 900 metrlik hissəsinin qənaətbəxş olmaması və hərəkət təhlükəsizliyinin aşağı səviyyədə olması avtobusların nizamlı fəaliyyətinə təsir göstərir və nəqliyyat vasitələrinin mütəmadi sıradan çıxmasına səbəb olur. Yol infrastrukturu bərpa edildikdən sonra marşrut avtobusu köhnə sxem üzrə fəaliyyətini davam etdirəcək.
Ətraflı videomaterialda:
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

BNA piyadanın vurulmasına aydınlıq gətirdi
Son Xeberler

Bakıda avtobusun piyadanı vurması ilə bağlı
Son Xeberler

Argentinada avtobus körpüdən aşıb, azı 9 nəfər ölü...
Azəri Xəbər

Türkiyədə əsgərləri daşıyan avtobus aşdı -
Son Xeberler
Argentinada avtobus körpüdən dərəyə aşıb
Azəri Xəbər

Hindistanda avtobusun yanması nəticəsində onlarla...
Azəri Xəbər


