🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bələdiyyələrin birləşdirilməsi ilin sonuna qədər tamamlanacaq

16.09.2025 10:25 1 baxış sayı 1 dəq. oxuma
Bələdiyyələrin birləşdirilməsi ilin sonuna qədər tamamlanacaq

Hazırda bələdiyyələrin birləşdirilməsi prosesi yekunlaşmaq üzrədir.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov deyib.

O qeyd edib ki, proses başa çatdıqdan sonra Ədliyyə Nazirliyi tərəfindən hökumətə məktubla müraciət ediləcək.

“Həmçinin yeni yaradılan bələdiyyələrin nizamnaməsinin hüquqi aktların siyahısına daxil edilməsi üçün işlər görülür. Bu ilin sonuna qədər prosesi yekunlaşdırmağı planlaşdırırıq. Eyni zamanda ilin sonuna qədər bələdiyyələrin birləşdirilməsi və nizamnamələrlə bağlı işlər də yekunlaşacaq”- deyə E.Həsənov bildirib.

Paylaş: