Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana gəldi

18.02.2025 05:25 97 baxış sayı 1 dəq. oxuma Metbuat
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana gəldi

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova fevralın 18-də ölkəmizə rəsmi səfərə gəlib.

Metbuat.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Musa Qasımlı, Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, qrupun üzvü Xanlar Fətiyev, hər iki ölkənin səfirləri Məhərrəm Əliyev, Dmitriy Pineviç və digər rəsmi şəxslər qarşılayıblar.

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, bununla yanaşı, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edəcəkdir.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: