🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

“Bavariya” yeni mövsümə darmadağınla başladı

22.08.2025 22:25 1 baxış sayı 1 dəq. oxuma
“Bavariya” yeni mövsümə darmadağınla başladı

Futbol üzrə Almaniya çempionatının - Bundesliqanın 2025-2026-cı il mövsümünə “Bavariya” - “Leyptsiq” oyunu ilə start verilib.

Metbuat.az xəbər verir ki, görüşdə Münxen təmsilçisi qonaqları 6:0 hesabı ilə darmadağın edib.

Ev sahibləri Maykl Olise (27, 42) və Luis Diasın (32) qolları ilə fasiləyə 3:0 hesablı üstünlüklə yollanıblar.

İkinci hissədə Münxen təmsilçisinin ingilis legioneri Harri Keyn het-trik edib. O, 64-cü, 74-cü və 77-ci dəqiqələrdə qonaqların qapısına yol tapıb.

Xatırladaq ki, Bundesliqanın sonuncu mövsümü “Bavariya”nın çempionluğu ilə başa çatmışdı. Çempionatda 82 xal toplayan komanda ən yaxın rəqibi “Bayer Leverkuzen”i 13 xal qabaqlayaraq ilk sırada yer almışdı.

Paylaş: